Bakı. Trend:
Pakistanın şimal-qərbində polis bölməsinin qarşısında partlayış törədilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, kamikadze-terrorçunun idarə etdiyi avtomobildə quraşdırdığı partlayıcı qurğunu işə salması nəticəsində baş verən partlayışdan azı 5 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Qanlı insident Xeybər Paxtunxva əyalətinin Bannu rayonunun Domel inzibati ərazisində baş verib. Partlayış dalğası nəticəsində yaxınlıqdakı evlərə də ciddi ziyan dəyib.
Qurbanlardan üçü qadın, biri uşaqdır. Yerli rəsmilərin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri avtomobilə atəş açaraq sürücünü polis bölməsinə çatmamış öldürsələr də, partlayıcı qurğu işə düşüb.
