...

Tarif Şurasına tapşırıq verildi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişi müəyyənləşəcək

Cəmiyyət Materials 3 Aprel 2026 11:34 (UTC +04:00)
Tarif Şurasına tapşırıq verildi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişi müəyyənləşəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Trend xəbər verir ki, qərarda ödənişin məbləği ilə bağlı da tapşırıqlar müəyyənləşib.

Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq etməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti