Bakı. Trend:
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb
küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə
fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntının intensiv, şərq rayonlarında güclü olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı
var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə
arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti, dağlarda
gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.
