Bakı. Trend:
Pentaqon ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefasını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell "X" sosial şəbəkəsində yazıb.
"R.Corc ABŞ ordusunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən ayrılır", - deyə o bildirib. Ş.Parnel qeyd edib ki, Bu qərar "dərhal qüvvəyə minir". O, həmçinin generalın təqaüdə çıxdığını qeyd edib.