...

Almaniyada dəmir yolu stansiyasından 500 nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 3 Aprel 2026 03:50 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın qərbindəki Ziqburq şəhərindəki dəmir yolu stansiyasında bir kişinin bıçaqla hücum etməsi təhlükəsi ilə bağlı genişmiqyaslı polis əməliyyatı keçirilib.

Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.

Məlumata əsasən, əməliyyat zamanı 500 sərnişin təxliyə edilib.

Şahidlər nəşrə bildiriblər ki, qatar stansiyasında qandallı bir kişinin aparıldığını görüblər. Qəzetin məlumatına görə, şübhəli şəxs 20 yaşlı Almaniya vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti