...

İran ABŞ-nin "Abraham Lincoln" aviadaşıyıcı qrupuna hücum etdiyini açıqlayıb

Dünya xəbərləri Materials 3 Aprel 2026 03:14 (UTC +04:00)
İran ABŞ-nin "Abraham Lincoln" aviadaşıyıcı qrupuna hücum etdiyini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) BƏƏ-dəki Amerika qırıcı təyyarələrinin uçuş mühəndisləri və pilotlarının yerləşdiyi əraziyə və Küveytdəki MQ-1 PUA-larının mövqelərinə hücum edib.

Trend-in məlumatına görə, bu barədə SEPAH-ın mətbuat xidməti bildirib.

Məıuma əsasən, zərbə SEPAH-ın 91-ci zərbə dalğası zamanı endirilib. Həmçinin "USS Abraham Lincoln" təyyarədaşıyan qrupuna dörd qanadlı raket atılıb.

"Bu əməliyyat zamanı Hind okeanının şimal hissəsindəki Amerika təcavüzkarlarının USS Abraham Linkoln təyyarədaşıyan gəmisi dörd Qadr-380 qanadlı raketi ilə hücuma məruz qalıb", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti