...

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda dövlət və özəl bankların payı məlum olub

İqtisadiyyat Materials 3 Aprel 2026 12:14 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda dövlət və özəl bankların payı məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 32,002 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 138,8 milyon manat və ya 0,4%, 2025-ci ilin martın 1-nə nisbətən isə 2,6 milyard manat və ya 8,8% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,887 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 50 milyon manat və ya 0,6%, illik müqayisədə isə 677,2 milyon manat və ya 9,4% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 22,231 milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələ olan göstərici ilə müqayisədə 88,8 milyon manat və ya 0,4%, ötən illin martın 1-nə olan göstəriciyə nisbətən isə 1,8 milyard manat və ya 9,1% çoxdur.

Bundan başqa, bu ilin martın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,884 milyard manat olub ki, bu da aylıq müqayisədə eyni səviyyədə qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,1 milyon manat və ya 4% artıb.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,6%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 5,9%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti