...

Azərbaycanda fevral ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 3 Aprel 2026 13:32 (UTC +04:00)
Azərbaycanda fevral ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin fevral ayında Azərbaycanda kredit kartlarından istifadə ilə aparılan əməliyyatların sayı 12,004 milyon, ümumi həcmi isə 639 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

2025-ci ilin fevral ayı ilə müqayisədə kredit kartları ilə aparılan əməliyyatların sayı 1,449 milyon və ya 10,4% azalıb, onların ümumi həcmi isə 156 milyon manat və ya 19,6% azalıb.

2025-ci ilin fevral ayında kredit kartları ilə aparılan əməliyyatların sayı 12,493 milyon, ümumi həcmi isə 795 milyon manat təşkil edib.

Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minə çatıb.Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti