...

İran İsrailin şimalına kaset başlıqlı raketlər atıb (VİDEO)

Dünya xəbərləri Materials 3 Aprel 2026 12:36 (UTC +04:00)
İran İsrailin şimalına kaset başlıqlı raketlər atıb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsrailin şimalına kaset tipli döyüş başlıqları daşıyan ballistik raketlərlə hücum edib.

Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Hücum nəticəsində Hayfa şəhərinə düşən raketlər yolda bir neçə maşının yanmasına səbəb olub. Yaralılar barədə məlumat daxil olmayıb.

Hayfa yaxınlığında yerləşən Kiryat Ata qəsəbəsində isə ballistik raketlərdən biri yaşayış evinə tuş gəlib. Kasetli başlığın partlaması nəticəsində 79 yaşlı kişi yüngül xəsarət alıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti