...

Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair EMTA və ABB müqavilə imzaladı

Energetika Materials 3 Aprel 2026 11:43 (UTC +04:00)
Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair EMTA və ABB müqavilə imzaladı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Trend bu barədə EMTA-ya istinadən xəbər verir.

Bildirilib ki,bu əməkdaşlıq Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur.

Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.

EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki, güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq. “Vətəndaşlar, eləcə də müəssisələr bu imkanlardan yararlana biləcəklər. Bu addımlar ölkəmizdə enerji effektivliyi sahəsində işlərin davamlı və sistemli şəkildə aparılmasına töhfə verir. Eyni zamanda, bu istiqamətdə dövlət siyasətinin real nəticəyə çevrilməsini təmin edir və vətəndaşlar üçün faydalı imkanlar yaradır” - deyə o, qeyd edib.

Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti