Bakı. Trend:
“Arsenal”ın sabiq futbolçusu Lukas Peresin yeni klubu məlum olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu “Kadis”ə keçib.
Sequnda təmsilçisi təcrübəli forvardla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Peres karyerası ərzində “Arsenal”, “Vest Hem”, “Alaves”, “Elçe”, PSV kimi klublarda çıxış edib. O, ötən ilin yayından klubsuz idi.
