...

İnvestisiya şirkətlərinin dövriyyələrinə görə RENKİNQİ

İqtisadiyyat Materials 3 Aprel 2026 11:09 (UTC +04:00)
İnvestisiya şirkətlərinin dövriyyələrinə görə RENKİNQİ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.

Trend BFB-yə istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti" QSC olub (10,821 milyard manat).

Siyahıda ikinci pillədə 4,073 milyard manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 2,468 milyard manat dövriyyə ilə "CPM-İnvest İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.

Aşağıdakı cədvəldə investisiya şirkətlərinin 2026-cı ilin yanvar-mart ayları üzrə dövriyyələrinin həcmi göstərilib:

Rank Adı Dövriyyə (manatla) Əməliyyatların sayı
1 "ABB İnvest İnvestisiya Şirkəti" QSC 10,820,585,896.00 4444
2 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 4,073,124,864.00 1475
3 CPM-İnvest İnvestisiya Şirkəti QSC 2,468,125,324.00 1001
4 "Unicapital İnvestisiya Şirkəti" ASC 1,801,275,687.00 915
5 "İnvest-Az İnvestisiya Şirkəti" QSC 1,253,247,337.00 590
6 Assist Finance İnvestisiya şirkəti ASC 1,208,840,407.00 247
7 “İnno Kapital İnvestisiya Şirkəti” ASC 255,562,634.00 228
8 Capital Partners İnvestisiya Şirkəti QSC 146,088,311.00 128
9 Troni İnvestisiya Şirkəti QSC 125,766,254.00 2558
10 "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 36,097,305.00 63
11 MFX Trading İnvestisiya Şirkəti 16,247,285.00 17
12 "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC 7,134,059.00 13
13 ASC “Xalq” Bankı 2,225,086.00 96
Məqalədə:
Xəbər lenti

Xəbər lenti