...

Mərkəzi Bank “CİBPay” MMC-nin vəzifəli şəxsini cərimələyib

İqtisadiyyat Materials 3 Aprel 2026 14:57 (UTC +04:00)
Mərkəzi Bank “CİBPay” MMC-nin vəzifəli şəxsini cərimələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "CİBPay" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ödəniş təşkilatının vəzifəli şəxsini cərimələyib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

“CİBPay” MMC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə “CİBPay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 (bir min) manat məbləğində cərimə edilmişdir", - məlumatda qeyd edilib.

"CİBPay" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 287 000 manat olan MMC-nin qanuni təmsilçisi Fərhadov Söhrab Cəbrayıl oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti