...

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum olub

İqtisadiyyat Materials 3 Aprel 2026 17:40 (UTC +04:00)
Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 49,116 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumına görə, bu, aylıq müqayisədə 930 milyon manat və ya 1,9%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 2,4 milyard manat və ya 5,2% çoxdur.

Bundan başqa, 2026-cı ilin martın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 39,191 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 882 milyon manat və ya 2,3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,7 milyard manat və ya 10,6% çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 30,769 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 910,2 milyon manat və ya 3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 2,6 milyard manat və ya 9,3% çoxdur.

Eyni zamanda, bu ilin martın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17,859 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 315,5 milyon manat və ya 1,8%, ötən ilin eyni dövrünə nisbətən isə 2,3 milyard manat 14,8% çoxdur.

Pul bazarının parametrləri

Həcmi (milyon manat), 1 mart 2026-cı il tarixinə

Həcmi (milyon manat), 1 mart 2025-ci il tarixinə

Geniş mənada pul kütləsi (M3 aqreqatı)

49116.1

46674.7

Manatla pul kütləsi (M2 aqreqatı)

39190.7

35436.5

Əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı)

30769.3

28155.7

banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı)

17859.0

15550.2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti