Bakı. Trend:
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 26,517 milyard manat təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 130,9 milyon manat və ya 0,5%, ötən ilin martın 1-nə nisbətən isə 2 milyard manat 7,1% azdır.
Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 22,599 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,5 milyard manat və ya 10,3% az, ötən ilin martın 1-nə nisbətən isə 1,1 milyard manat və ya 4,9% çoxdur.
Beləliklə, bu ilin martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri xalis daxili aktivlərini 3,9 milyard manat və ya 1,2 dəfə üstələyib.
Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 57,133 milyard manat, cəmi öhdəlikləri 49,617 milyard manat, balans kapitalı 7,515 milyard manat olan 22 bank fəaliyyət göstərir.
