...

Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə olunub (FOTO)

Siyasət Materials 3 Aprel 2026 16:28 (UTC +04:00)
Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə olunub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

3 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti