Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron dövlətləri ABŞ və Çinə qarşı birləşməyə və onlara sinə gəlməyə çağırıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bizim məqsədimiz bu iki hegemon dövlətin vassalları olmamaqdır”, -deyə o bildirib.
Onun sözlərinə görə, dövlətlər Çinin dominantlığından və ya ABŞ-nin proqnozlaşdırıla bilməyən addımlarından asılı vəziyyətə düşməməlidirlər.
Makron bu tezisləri Asiya səfəri zamanı səsləndirib. Səfər çərçivəsində o, ölkə rəhbərlikləri ilə görüşlər keçirərək Hörmüz boğazında nəqliyyat təhlükəsizliyi və Cənubi Koreya və Yaponiya hökumətləri ilə əməkdaşlığın gücləndirilməsi kimi məsələləri mükakirə edib. Hər iki Asiya ölkəsi İran müharibəsi ilə bağlı enerjidaşıyıcılarının kəskin bahalaşmasından əziyyət çəkir.
