...

Tarif Şurasından yeni ödənişli yolun məbləği ilə bağlı açıqlama

Cəmiyyət Materials 3 Aprel 2026 18:18 (UTC +04:00)
Tarif Şurasından yeni ödənişli yolun məbləği ilə bağlı açıqlama
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Trend xəbər verir ki, qərara əsasən, ödənişin məbləğinin müəyyən edilməsi ilə bağlı tapşırıqlar da verilib. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası avtomobil yolunun dərəcəsini nəzərə almaqla nəqliyyat vasitələrinin gedişi üçün ödəniş məbləğini təsdiq etməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə isə bu qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.

Tarif (qiymət) Şurasından bildirilib ki, ödəniş məbləği Agentliyin təklifləri təqdim edildikdən sonra müzakirə edilərək müəyyən olunacaq.

Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti