...

"Orion" kosmik gəmisi Aya doğru yola düşüb (FOTO)

Dünya xəbərləri Materials 3 Aprel 2026 20:02 (UTC +04:00)
"Orion" kosmik gəmisi Aya doğru yola düşüb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Artemis II” missiyasına aid “Orion” kosmik gəmisi Yerətrafı orbitdən ayrılaraq Aya doğru yola düşüb.

Trend xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

ABŞ-nin Şərq sahili vaxtı ilə saat 19:49-da (Bakə vaxtı ilə 03:49) ekipaj 5 dəqiqə 50 saniyə ərzində əsas mühərriki işə salıb və “Orion” Ay istiqamətində trayektoriyaya çıxmaq üçün sürətlənmə manevrini uğurla həyata keçirib.

Gəmini Ay istiqamətində uçuş trayektoriyasına çıxaran manevrdən sonra NASA komandası Ay səthinin müşahidəsi planını hazırlamağa başlayıb. Bu proqram ekipajın 6 aprel, bazar ertəsi günü keçiriləcək altı saatlıq müşahidə sessiyası zamanı rəhbər tutacağı əsas sənəd olacaq.

Aprelin 2-də göyərtəsində dörd astronavtın olduğu ABŞ-nin “Orion” kosmik gəmisi Floridadakı Kanaveral burnundan uğurla start götürüb. Bu, 1972-ci ildən bəri ABŞ-nin Aya ilk pilotlu uçuşudur. 10 gün davam edəcək missiya çərçivəsində “Orion” Ayın ətrafında dövrə vuraraq Yerə qayıdacaq. Astronavtların Aya enişi nəzərdə tutulmur. Missiyanın əsas məqsədi “Orion” sistemlərini sınaqdan keçirmək və onların uzaq kosmos şəraitində düzgün işlədiyini təsdiqləməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti