Bakı.Trend:
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan hissədə təmir işləri icra olunacaq.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq, 3 aprel saat 22:00-dan 4 aprel saat 07:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
