Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının sayı 12,374 milyon əməliyyat, ümumi məbləği isə 3,049 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankomatlardan nağd pul çıxarışlarının sayı 1,246 milyon əməliyyat və ya 9,1% azalıb, əməliyyatların həcmi isə 53 milyon manat və ya 1,8% artıb.
Ötən ilin fevral ayında Azərbaycanda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının sayı 13,620 milyon əməliyyat, ümumi məbləği isə 2,996 milyard manat olub.
Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minə çatıb.Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
