...

Əbu-Dabidə qaz kompleksinə hücum nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 4 Aprel 2026 02:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BƏƏ-nin paytaxtı Əbu-Dabidəki qaz kompleksinə edilən hücum nəticəsində ciddi ziyan dəyib, bir nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti sosial media hesablarında məlumat yayıb.

Məlumatda bildirilir ki, hava hücumundan müdafiə vasitələrinin uğurlu müdaxiləsindən sonra qalıqların düşməsi nəticəsində Həbşandakı qaz obyektində iki yanğın baş verib. Xilasetmə qrupları yanğınları tez bir zamanda söndürərək vəziyyəti nəzarət altına alıb.

Hadisə nəticəsində bir Misir vətəndaşı ölüb, ikisi Misir, ikisi isə Pakistan vətəndaşı olan digər dörd nəfər isə yüngül xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti