...

Kriştianu Ronaldu zədədən sonra qayıtdığı matçda dubl edib

İdman Materials 4 Aprel 2026 03:56 (UTC +04:00)
Kriştianu Ronaldu zədədən sonra qayıtdığı matçda dubl edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu zədədən sonra meydana qayıtdığı ilk oyunda dubl edərək Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda “Ən-Nəsr”in “Ən-Nəcmə”ni 5:2 hesabı ilə məğlub etməsinə kömək edib.

Trend xəbər verir ki, Ər-Riyadda baş tutan qarşılaşmada Ronaldu start heyətində çıxış edib. O, 56-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib, 73-cü dəqiqədə isə üstünlüyü daha da artırıb.

Bu dubl 41 yaşlı hücumçunun karyerasında vurduğu 966-cı və 967-ci qollar olub. Səudiyyə Pro Liqasının cari mövsümündə Ronaldunun hesabında 23 qol var.

Xəbər lenti

Xəbər lenti