Bakı. Trend:
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli şəkildə dayandırılıb.
Trend xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, buna Barbados bayrağı altında üzən gəmidə yaranmış texniki nasazlıq səbəb olub.
Qeyd olunub ki, hadisə yerinə cəlb edilən texniki heyət nasazlığın aradan qaldırılması istiqamətində işləri davam etdirir.
