Bakı. Trend:
Pentaqon İranın zərbələri səbəbindən ABŞ qoşunlarını Yaxın Şərqdəki bəzi hərbi bazalardan təxliyə edib.
Trend xəbər verir ki, bu barədə Milli İctimai Radio (NPR) məlumat yayıb.
Məlumata görə, İranın Bəhreyndə yerləşən bazaya raket və dronlarla zərbə endirməsindən sonra yüzlərlə dənizçi ABŞ-a təxliyə olunub. Bölgədəki digər Amerika bazalarından da təxliyələr həyata keçirilib, lakin bununla bağlı ətraflı məlumat açıqlanmayıb.
Bildirilir ki, Bəhreyn bazasından təxminən 1500 hərbçi və onların ailə üzvləri çıxarılıb. ABŞ-İsrail hərbi əməliyyatından əvvəl həmin bazada təxminən 8000 hərbçi xidmət edirdi.
