...

Hollandiyada partlayış baş verib

Dünya xəbərləri Materials 4 Aprel 2026 06:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hollandiyanın şərqində, Qelderland əyalətinin Neykerk şəhərində yerləşən “İsrail üçün Xristianlar” təşkilatının binasının yaxınlığında partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.

Hadisə cümə günü, 3 aprel, yerli vaxtla təxminən saat 23:30-da baş verib. Partlayışın episentri ehtimal ki, təşkilatın ərazisindəki hasarın yaxınlığında olub.

Yəhudi mərkəzinin ətrafı mühasirəyə alınıb, təcili yardım xidmətləri hadisə yerində fəaliyyət göstərir. Polis araşdırmaya başlayıb, lakin itkilər barədə dərhal məlumat verilməyib.

Qeyd edək ki, “İsrail Xristianları Təşkilatı” 1980-ci ildə dini fəal və ictimai xadim Karel van Oordt tərəfindən təsis olunub və bir neçə onillik ərzində əsasən protestantlara yönəlmiş informasiya mərkəzi kimi fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti