Bakı. Trend:
İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 451 min nəfərin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 142 km şərqdə yerləşib. Yeraltı təkanların ocağı isə 49 km dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
