...

Bu proqram Azərbaycanda operator və provayderlərin nəticələrini yanlış ölçüb

Cəmiyyət Materials 17 Fevral 2026 16:06 (UTC +04:00)
Bu proqram Azərbaycanda operator və provayderlərin nəticələrini yanlış ölçüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Aparılmış monitorinqlər və analitik təhlillər nəticəsində sürətölçmə sistemlərinin istifadəsi və texniki sazlanması ilə bağlı bir sıra uyğunsuzluqlar müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə məlumat İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2025-ci ilə dair illik hesabatında yer alıb.

Bildirilib ki, operator və provayderlərin bir hissəsində “Speedtest” sponsor serverlərinin fəaliyyətinə nəzarət mexanizmləri yetərli səviyyədə formalaşmayıb.

Bu vəziyyət ölçmə nəticələrinin 10–20 faizədək təhrif olunmasına və ölkənin beynəlxalq internet sürəti reytinqlərində mövqeyinə mənfi təsir göstərməsinə səbəb olub. Eyni zamanda operatorlar arasında “Local Exchange” arabağlantıların texniki imkanlarının məhdudluğu internet xidmətlərinin faktiki keyfiyyətinə təsir edən əsas risk faktorlarından biri kimi qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti