...

Xəstəxanalarda hava nə üçün yoxlanılır? - Səhiyyə Nazirliyinin nümayəndəsi açıqlayıb

Cəmiyyət Materials 17 Fevral 2026 13:50 (UTC +04:00)
Xəstəxanalarda hava nə üçün yoxlanılır? - Səhiyyə Nazirliyinin nümayəndəsi açıqlayıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Tibb müəssisələrində havanın bakterioloji müayinəsi xəstəxana daxili infeksiyaların qarşısını almaq, dezinfeksiya tədbirlərinin və havalamdırma sistemlərinin effektiv olduğunu, sanitariya-gigiyenik vəziyyəti qiymətləndirmək məqsədilə həyata keçirilir.

Trend xəbər verir ki, bu fikirləri “Sağlam radio” nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mikrobioloqu Qumru Qaibova açıqlayıb.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasında müayinələr aspirasiya üsulu ilə aparılır:

“Müayinə üsulunun üstünlüyü dəqiqliyinin yüksək olmasıdır. Tibb müəssisələrindən hava nümunəsini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasının tibb personalı havasoran cihaz (Aspirator) vasitəsilə götürür. İçərisində mühit olan petri kasası hava cihazın daxilinə yerləşdirilir və müəyyən həcmdə hava (100-500 l) qida mühitindən keçirilir. Havada olan mikroorqanizmlər qida mühitinin üzərinə hopur. Götürülmüş hava nümunəsi Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasına gətirilərək, termostatda inkubasiya olunur. Əmələ gələn kolonyalar sayılır və 1 kub metr havaya görə hesablanır. Alınan nəticə sanitariya normalara uyğun olmalıdır”.

K.Misirzadə qeyd edib ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan ərazi Respublika Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən plan üzrə tibb müəssisələrdən götürülmüş hava nümunələrinin bakterioloji müayinəsi zamanı çirklənmə aşkar edilərsə, müəssisə rəhbərinə xəbərdarlıq edilir:

“Nöqsanların aradan qaldırılması üçün təkliflər verilir. Bu təkliflərin icrasına nəzarət məqsədilə təkrar laborator müayinələr aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti