...

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə beynəlxalq yükdaşımaların həcmi məlum oldu

İqtisadiyyat Materials 17 Fevral 2026 13:41 (UTC +04:00)
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə beynəlxalq yükdaşımaların həcmi məlum oldu
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 229,4 milyon ABŞ dolları dəyərində 520,2 min ton yük daşınıb.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istiandən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 23,8 milyon ABŞ dolları və ya 9,4%, həcm ifadəsində isə 103,8 min ton və ya 16,6% azdır.

Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 52,8 milyon ABŞ dolları dəyərində təqribən 152,3 min ton yük ixrac olunub ki bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 8,7 milyon ABŞ dolları və ya 14,2%, həcm ifadəsində isə 46,2 min ton və ya 23,3% azdır.

Bu ilin yanvar ayında Azərbaycana dəmir yolu nəqliyyatı ilə 176,5 milyon ABŞ dolları dəyərində 367,9 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 15,1 milyon ABŞ dolları və ya 7,9%, həcm ifadəsində isə 57,6 min ton və ya 13,5% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dolları dəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6 milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min ton və ya 16,3% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində 762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları və ya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti