...

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında vahid geosiyasi identliklik formalaşıb - Cavid Vəliyev

Siyasət Materials 18 Fevral 2026 11:34 (UTC +04:00)
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında vahid geosiyasi identliklik formalaşıb - Cavid Vəliyev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında artıq vahid geosiyasi identiklik formalaşıb və bu təbii bir prosesdir.

Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Cavid Vəliyev Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son on illik ərzində regionda və dünyada baş verən proseslər müəyyən dərəcədə Mərkəzi Asiya və Azərbaycan arasında ümumi geosiyasi identikliyin formalaşmasını zəruri edib:

“Belə bir identiklik niyə formalaşıb və onu zəruri edən nədir? Bu, yalnız ortaq sovet keçmişi və oxşar tarixi təcrübə ilə bağlı deyil. Qeyd etdiyim kimi, son 30 ildə regionda baş verən geosiyasi hadisələr – iqtisadiyyat, nəqliyyat, ticarət, energetika və təhlükəsizlik sahələrindəki proseslər – əməkdaşlığın dərinləşdirilməsini zəruri edib”.

“Müstəqilliyin ilk illərində Mərkəzi Asiya ölkələri – Türkmənistan, Özbəkistan və Qazaxıstan – Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələrinə böyük maraq göstərirdilər. 1999-cu ildə İstanbulda Bakı–Tbilisi–Ceyhan layihəsi üzrə razılaşmalar çərçivəsində Türkmənistan və Qazaxıstan da iştirak edirdi. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan neft boru kəməri istifadəyə verildikdən sonra Türkmənistan və Qazaxıstan nefti Azərbaycan vasitəsilə dünya bazarlarına ixrac olunmağa başladı”, – deyə o əlavə edib.

C.Vəliyev xatırladıb ki, Mərkəzi Asiya ölkələri dənizə çıxışı olmayan dövlətlərdir:

“Onların dünya bazarlarına çıxışı üçün əməkdaşlıq tələb olunurdu. Azərbaycan artıq bu çıxış üçün zəruri enerji və nəqliyyat infrastrukturunu yaratmışdı. Regionun enerji və nəqliyyat dəhlizlərində maraqlı olan dünya gücləri bu dövlətlər arasında əməkdaşlığın inkişafını dəstəkləyirdi. Mərkəzi Asiya – Azərbaycan – Türkiyə – Qərb bazarları marşrutu dəstəklənirdi. Bu, yeni dövlətlərin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm idi, eyni zamanda bu marşrut şimal və cənub istiqamətlərinə alternativ kimi nəzərdən keçirilirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti