Bakı. Trend:
ABŞ-nin Kolorado ştatında baş verən iri yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə "The Denver Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Koloradonun cənubunda 30-dan çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Bildirilir ki, hadisəyə səbəb torpağı I-25 magistral yoluna sovuran güclü küləklər olub.
Hazırda qəza baş verən əraziyə yaxın şimal istiqamətli yol bağlanıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisənin bütün detalları araşdırılır.
