...

Əfqan Sadıqov Gürcüstanda saxlanıldı - deportasiya olunur

Gündəm Materials 5 Aprel 2026 10:50 (UTC +04:00)
Əfqan Sadıqov Gürcüstanda saxlanıldı - deportasiya olunur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan vətəndaşı Əfqan Sadıqov Gürcüstanda saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Gürücüstan Daxili İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə cinayət işi açılıb.

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə — sosial şəbəkədə polis əməkdaşını təhqir etməkdə təqsirli bilib.

Məhkəmənin qərarına əsasən, Əfqan Sadıqov 2 min lari məbləğində cərimələnib, ölkədən deportasiya olunub və ona 3 il müddətinə Gürcüstana giriş qadağası tətbiq edilib.

Gürücüstan Daxili İşlər Nazirliyi bildirib ki, Əfqan Sadıqov bundan əvvəl də müxtəlif inzibati xətalara, o cümlədən aksiya və nümayişlərin keçirilməsi qaydalarını pozduğuna görə 62 dəfə məsuliyyətə cəlb olunub, həmçinin iki dəfə inzibati həbs cəzası alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti