...

İran Bəhreyndə "Bapco" şirkətinin yanacaq çəninə hücum edib

Dünya xəbərləri Materials 5 Aprel 2026 10:16 (UTC +04:00)

Bakı. Trend:

İran pilotsuz uçuş aparatı Bəhreynin "Bapco Energies" neft və qaz şirkətinin yanacaq çənlərindən birinə zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilib.

Məlumata əsasən, zərbə nəticəsində yaranan yanğın söndürülüb.

"[Hücum] anbarlardan birində yanğınla nəticələnib, xəsarət alan olmayıb. Yanğın tamamilə söndürülüb və vəziyyət hazırda nəzarət altındadır. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır", - deyə qeyd edilib.

Xəbər lenti

Xəbər lenti