...

Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb

Cəmiyyət Materials 4 Aprel 2026 14:28 (UTC +04:00)
Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri bu gün səhər saatlarında ölüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilir ki, dünən saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

"Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Azyaşlı 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 02.04.2026-cı il tarixində evə buraxılmışdı.

Əlavə edək ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir", məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti