...

Saatlıda tapılan 4 min manatdan çox pul sahibinə qaytarıldı

Hadisə Materials 4 Aprel 2026 18:06 (UTC +04:00)
Saatlıda tapılan 4 min manatdan çox pul sahibinə qaytarıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Saatlı rayonunda gecə saatlarında tapılan pul vəsaiti qısa müddətdə sahibinə qaytarılıb.

Trend-in məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinə gecə saatlarında küçələrdən birində içərisində pul əskinazları olan paketin tapılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, aparılan araşdırmalar nəticəsində pulu itirən şəxsin kimliyi müəyyən edilib.

Daha sonra həmin şəxs polis şöbəsinə dəvət olunaraq ona məxsus pul vəsaiti təhvil verilib.

Adının açıqlanmasını istəməyən rayon sakini bildirib ki, paketdə 4000 manatdan artıq pul olub və bu vəsaiti kredit borcunu ödəmək üçün toplayıb. Vətəndaş göstərilən köməkliyə görə polis əməkdaşlarına minnətdarlığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti