...

İki həftə ərzində Biləsuvarda 26 nəfəri it dişləyib

Cəmiyyət Materials 4 Aprel 2026 16:32 (UTC +04:00)
İki həftə ərzində Biləsuvarda 26 nəfəri it dişləyib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Novruz bayramından indiyəcən Biləsuvarda 26 nəfəri it dişləyib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, 20 mart - 3 aprel 2026-cı il tarixləri ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına it dişəlməsi səbəbilə 26 müraciət daxil olub.

"Onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti