Bakı. Trend:
Ermənistana Azərbaycan mənşəli bəzi məhsullar, o cümlədən benzin və dizel yanacağı daxil olur, həmçinin yüklərin Azərbaycan ərazisindən tranziti mütəmadi olaraq həyata keçirilir.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan açıqlama verib.
“Ermənistana Azərbaycan mənşəli 1-2 məhsul daxil olur: benzin və dizel yanacağı və demək olar ki, hər gün Azərbaycan üzərindən nəsə gətirilir. Məsələn, supermarket şəbəkələrindən biri – “Nor Zovk” – Azərbaycan ərazisindən manna yarmasının idxalı üçün müraciət edib, digər bir təşkilat Rusiya kömürünün idxalı üçün müraciət edib, üçüncü bir qurum taxıl idxal edir, dördüncüsü isə artıq gübrə idxal edir. Bu artıq çox geniş vüsət almış bir hala çevrilib. Mən artıq neçə məhsulun daşındığını saymaqda çətinlik çəkirəm”, – deyə o bildirib.
