Bakı. Trend:
Türkiyənin cənub-şərqində güclü zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, 5,2 maqnitudalı zəlzələ yerli vaxtla 08:52-də (Bakı vaxtı ilə 09:52) qeydə alınıb.
Yeraltı təkanların episentri Van vilayətinin Tuşba rayonunda yerləşib. Yeraltı ocağı isə 7 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
