Bakı. Trend:
Aprelin 5-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah
yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı
var. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi
arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,
dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman
olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda
gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.
