...

Nizami Kino Mərkəzində zədələnmiş hissələr sökülüb (FOTO)

Gündəm Materials 4 Aprel 2026 13:50 (UTC +04:00)
Nizami Kino Mərkəzində zədələnmiş hissələr sökülüb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti ilə edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görünüşünün bərpasına başlanıb.

Bu barədə Trend-ə Bakı Abadlıq Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki,bu xoşagəlməz mənzərənin aradan qaldırılması ilə bağlı tapşırığı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə həyata keçirən Bakı Abadlıq Xidmətinin mütəxəssisləri artıq iş başındadırlar. Zədələnmiş hissələr sökülərək binanın orijinal rənginə uyğun boya sifariş edilib və yaxın günlərdə binanın estetik görünüşü tam bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti