...

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinə hücumun İrana aidiyyəti yoxdur – SEPAH

Dünya xəbərləri Materials 4 Aprel 2026 10:40 (UTC +04:00)
ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinə hücumun İrana aidiyyəti yoxdur – SEPAH
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinə hücumun İran Silahlı Qüvvələrinə aidiyyəti yoxdur.

Trend-in məlumatına görə, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH ABŞ-nin Ər-Riyaddakı səfirliyinin hücuma məruz qalmasını pisləyib.

SEPAH əlavə edib ki, ki, İran Silahlı Qüvvələrinin məqsədləri əvvəlcədən şəffaf şəkildə bəyan olunub və bununla əlaqədar region ölkələrinə lazımi xəbərdarlıqlar edilib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti