Bakı. Trend:
Perunun paytaxtı Lima şəhərində Alexandro Vilyanueva stadionunda konstruksiyanın çökməsi nəticəsində azı 1 nəfər ölüb, 47 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Perunun Səhiyyə Nazirliyi rəsmi “X” səhifəsində məlumat yayıb.
Yaralı sayının çox olması ilə əlaqədar ölkə rəhbərliyi paytaxt və şəhərkənarı xəstəxanaları müvəqqəti olaraq gücləndirilmiş iş rejiminə keçirib.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
