...

Bosniya və Herseqovina millisinin üzvü "Milan"ın hədəfində

İdman Materials 4 Aprel 2026 13:30 (UTC +04:00)
Bosniya və Herseqovina millisinin üzvü "Milan"ın hədəfində
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

PSV-nin futbolçusu Esmir Bayraktareviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Milan" bosniya və herseqovinalı vingerin xidmətində maraqlıdır.

"Rossoneri" Bayraktareviçi bir neçə aydır yaxından izləyir. A Seriyası nəhəngi yayda 21 yaşlı oyunçu üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, PSV Esmir Bayraktareviçi 2025-ci ilin yanvarında ABŞ-nin "Nyu-İnqlend Revolyuşn" klubundan 3 milyon avroya transfer edib. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti