Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün İstanbula səfər edib.
Trend Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı dövlət başçısının nümayəndəsi Sergey Nikiforov açıqlama verib.
Zelenski səfər çərçivəsində Türkiyə dövlət rəhbərliyinin nümayəndələri ilə yanaşı Konstantinopol Pravoslav Kilsəsinin hazırkı yepiskopu I Varfolomeylə də görüşəcək.
Digər təfərrüatlar barədə məlumat verilmir.
