...

Xalq artisti Əvəz Abdullayev işdən çıxarıldı

Gündəm Materials 4 Aprel 2026 14:27 (UTC +04:00)
Xalq artisti Əvəz Abdullayev işdən çıxarıldı

Bakı. Trend:

Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən uzaqlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə Əvəz Abdullayev sosial şəbəkə hesabında paylaşım edib.

O, teatrla bağlı bir sıra iddialar səsləndirərək bildirib ki, heç bir səbəb göstərilmədən işdən çıxarılıb:

“Teatrdan son xəbərləri sizinlə bölüşmək istəyirəm. Bakıdakı son çıxışımdan (12 mart) sonra dünyaca məşhur tenor, eyni zamanda Opera Teatrının direktoru, xalq artisti Yusif Eyvazov müqaviləmi yeniləmədən məni işdən uzaqlaşdırdı”.

Ə. Abdullayev həmçinin iddia edib ki, xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb.

Məsələ ilə bağlı Yalçın Adıgözəlov bildirib ki, o teatrdan iki il öncə öz istəyi ilə ayrılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini 2023-cü ilin aprel ayından etibarən Yusif Eyvazov icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti