Bakı. Trend:
Rusiya qazının qiyməti bahalaşacağı təqdirdə KTMT və ya Avrasiya İqtisadi İttifaqına üzvlüyümüzü yenidən nəzərdən keçirə bilərik.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, əvvəllər səsləndirilmiş bəyanatlar praktiki davamını tapsa, belə bir ssenari mümkündür. Simonyan qeyd edib ki, qaz qiymətləri məsələsi Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın Prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı da müzakirə olunub.
“Amma düşünmürəm ki, məsələ bu həddə çatacaq, çünki bundan sonra qapalı formatda çox yaxşı — işgüzar və səmərəli bir söhbət baş tutdu”, - deyə o bildirib.
