Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanda POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların sayı ən yüksək həddə çataraq 6,116 milyon əməliyyat, ümumi məbləğ isə 137 milyon manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı 49 min və ya 8,7 faiz artıb, əməliyyatların həcmi isə 13 milyon manat və ya 8,7 faiz azalıb.
Ötən ilin fevral ayında Azərbaycanda POS-terminallar vasitəsilə əməliyyatların sayı 5,626 milyon, ümumi məbləği isə 150 milyon manat olub.
Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minə çatıb.Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
