Bakı. Trend:
“Real” futbol klubunun rəhbərliyi müdafiə xəttinin əsas simalarından biri olan Antonio Rüdigerlə bağlı qərarını açıqlayıb.
Trend xəbər verir ki, Madrid təmsilçisi almaniyalı müdafiəçiyə rəsmi olaraq yeni müqavilə təklif edib.
Hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 33 yaşlı futbolçu ilə əməkdaşlığın daha bir il müddətinə uzadılması planlaşdırılır.
