Bakı. Trend:
İraq nefti daşıyan tanker Hörmüz boğazından keçib.
Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, gəmi bazar günü İran sahilləri yaxınlığında aşkar edilib.
Qeyd edək ki, ötən gün İran Silahlı Qüvvələrinin "Xatəmül-Ənbiya" qərargahı İraqın Hörmüz boğazından keçidə qoyulan məhdudiyyətlərdən tamamilə azad edildiyini vurğulayıb.